Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

21:22 02.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Hafta.az xəbər verir ki, bu barədə azertac-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.